Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin boksçuları altı medal qazanıblar

.

22.11.2023 16:31
47
A+
A-

Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə ölkəmizin idmançıları uğurla təmsil olunublar. Turnirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Zenit” İdman Cəmiyyətinin dəri əlcək ustaları altı medal qazanıblar.

Əməkdar məşqçi Ceyhun Rüstəmovun yetirmələri Mehran Rəsulov və Yusif Ağakişiyev qızıl, Əhəd Rüstəmli və Yusif Məmmədov gümüş, Nursultan Soltanlı və Cəbrayıl Nəzərov isə bürünc medala sahib olublar.

İdmançılarımız Azərbaycan Respublikasının Dövlət Himnini beynəlxalq arenada səsləndiriblər.

ETİKETLƏR: