Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Stolüstü  idman  növləri  üzrə  yarışlar  keçirilib

3 idman  növü  üzrə  (şahmat (kişi,  qadın), dama (kişi, qadın) və nərd (kişi))  baş tutan  yarışlarda  60  gənc  əlil  iştirak  edib.

06.12.2023 17:44
4
A+
A-

Noyabrın 29-dan  dekabrın 1-dək  Bakının  Ramana  qəsəbəsində  yerləşən Əmək  və Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  tabeliyində  Sosial  Xidmətlər  Agentliyinin  Əlilliyi  olan  Şəxslərin  Peşə-əmək  Reabilitasiya  Mərkəzinin  kontingenti  arasında  3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş stolüstü  idman  növləri  üzrə  yarışlar  keçirilib.

Yarış Dövlət  İdarələri  və  İctimai  Xidmət İşçiləri  Həmkarlar İttifaqı Respublika  Komitəsinin Rəyasət Heyətinin  və  “Spartak”  Könüllü    Bədən Tərbiyəsi İdman Cəmiyyəti (KBTİC)  İctimai  Birliyinin  İdarə    Heyətinin  birgə  qərarına  əsasən  təşkil olunub.

3 idman  növü  üzrə  (şahmat (kişi,  qadın), dama (kişi, qadın) və nərd (kişi))  baş tutan  yarışlarda  60  gənc  əlil  iştirak  edib.

Şahmat (kişilər) üzrə yarışda birinci yeri Meybulla Abad-zadə, ikinci yeri Şöhrət Hüseynov, üçüncü yeri Mirqadir Babayev tutublar.

Qadınların şahmat yarışında isə qaliblərin sıralaması belə olub:    Zərxanım Quliyeva, Səbinə Əliyeva və Bahar Hüseynova.

Kişilərin dama yarışında fəxri kürsünün ilk pilləsinə Cavid Salahlı qalxıb. İkinci Nahid Əliyev, üçüncü isə Cavid Davudov olub.

Qadınların dama yarışında Fidan Şahverdiyeva birinci yeri özünə təmin edib. Digər fərqlənənlər Yektarə Xudaverdiyeva və Şəbnəm         Şıxməmmədova isə ikinci və üçüncü yerləri bölüşüblər.

Nərd yarışında da nəticələr məlum olub. Belə ki, qalib adını Nurlan     Həsənov qazanıb. Qismət Zakirov ikinci yeri, Fuad Nəbiyev isə üçüncü yeri tutub. 

Yarışlarda I, II və III  yeri  tutanlar Respublika  Komitəsinin  pul       mükafatı  və “Spartak” KBTİC İB-nin Diplomu  ilə  təltif  olunublar.

ETİKETLƏR: