Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dövlət qulluğunda çalışanları bəzi hallarda iş vaxtından artıq işlərə cəlb edirlər və bunun haqqı ödənilmir. Qanunvericilikdə belə qayda mövcuddurmu?

Samir AĞAYEV, Bakı şəhəri.

20.12.2023 12:10
28
A+
A-

Dövlət qulluğunda çalışanları bəzi hallarda iş vaxtından artıq işlərə cəlb edirlər və bunun haqqı ödənilmir. Qanunvericilikdə belə qayda mövcuddurmu?

Samir AĞAYEV, Bakı şəhəri.

-  Yardımçı dövlət qulluğu vəzifələrinə qəbul edilənlər istisna olmaqla, ilk dəfə dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl and içir. Bu zaman dövlət qulluqçuları dövlət qulluğunun onlara verdiyi hüquqları və onların üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə həyata keçirəcəklərinə söz verir.

Dövlət qulluqçularının vəzifələri “Dövlət qulluğu haqqında” qanunda müəyyən edilmişdir. Qanuna əsasən, lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək dövlət qulluqçularının vəzifələrdən biridir. Belə ki, qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.

Nəzərinizə çatdırırıq ki, adıçəkilən qanunda dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya ödənilməsi də dövlət qulluqçuları üçün təminatlar kimi nəzərdə tutulmuşdur.

Artıq ödənilmiş sosial müavinət geri qaytarılırmı?

Dilarə HƏŞİMOVA,

Binə qəsəbəsi.

- Bəli, Siz artıq aldığınız məbləği geri qaytarmalısınız. Çünki bu haqda “Sosial müavinətlər haqqında” qanunda birbaşa göstəriş var. Qanunun 12-ci maddəsinə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi yaranır.

Yəni ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yəni artıq aldığınız məbləği könüllü geri qaytarmasanız, bu məsələ məhkəmə predmeti olacaqdır.

 

Qanuni qüvvəyə minmiş, amma icra olunm

amış məhkəmə qətnaməsini izah etmək olarmı?

 

Validə SƏLİMOVA, Gəncə şəhəri.

 

- Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə əsasən, işə baxmış hakim apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

Birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir.

Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər.

Amma qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayətvermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 269-cu maddəsinə uyğun olaraq  şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilir.

ETİKETLƏR: