Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Avropa Komissiyası qarışıqlığı düzəltməlidir

“Avropa Məhkəməsinin sentyabrın 2-də verdiyi qərar  Avropa Komissiyasının “insanların rifahı üçün işləyən iqtisadiyyat” adlı əsas öhdəliyini sarsıdır”.

08.09.2021 10:54
14
A+
A-

“Avropa Məhkəməsinin sentyabrın 2-də verdiyi qərar  Avropa Komissiyasının “insanların rifahı üçün işləyən iqtisadiyyat” adlı əsas öhdəliyini sarsıdır”. Bu barədə  Avropa Həmkarlar İttifaqları Konfederasiyasından (ETUC)  bildirilib.

Qeyd edək ki, məhkəməyə göndərilən iş (C-928/19 P) Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Federasiyası (EPSU) tərəfindən qaldırılmışdır. Bu, Avropa Birliyi (AB) qanunvericiliyinə uyğun olaraq təmizlik işçiləri və digər ictimai xidmət qulluqçularının məlumat və məsləhət hüququna dair sosial tərəfdaş haqqında saziş bağlamaq yolunda Avropa Komissiyası tərəfindən yaradılmış maneələrə qarşıdır.

ETUC AB müqavilələrində nəzərdə tutulduğu kimi, sosial tərəfdaşlarla razılaşmaların AB-nin qanunvericiliyinə keçməsini təmin etmək üçün aydın və müəyyən bir prosesin qurulması məqsədilə Avropa Komissiyası ilə təcili bir görüş keçirmək istəyir.

“Avropalı işəgötürənlər və həmkarlar ittifaqlarının razılaşmalarının AB qanunvericiliyində tanınmasını təmin edən proses məhkəmənin qərarı ilə şübhə altına alındı və bunun dəqiqləşdirilməsinə ehtiyac var”, - deyə ETUC-un Baş katibinin müavini Ester Linç bildirib. İşəgötürənlər və həmkarlar ittifaqları arasındakı müqavilələri Avropa Komissiyası tərəfindən tərtib edilmiş kompleks qaydalarla (birtərəfli qaydada) məhdudlaşdırmamaq vacibdir.

Qərar Avropa Məhkəməsinin əmək / istehsalat münasibətlərini anlamağa çalışdığı və müvafiq təcrübəyə malik hakimlərlə əmək mübahisələri üzrə xüsusi palataya malik olması barədə geniş yayılmış fikri təsdiq edir.

Qərar dərindən məyus doğurur, sabitliyi pozur və Avropa Komissiyasına işçilərin onların tərəfində olduğuna inandırmağa heç cür kömək etmir. Avropa Komissiyası həmkarlar ittifaqları və işəgötürənlər ilə işləməlidir ki, özünün yaratdığı bu iğtişaşları aradan qaldırsın.

ETUC sosial tərəfdaşlar ilə razılaşmaların proqnozlaşdırıla bilən bir şəkildə irəli çəkilməsini və AB direktivləri kimi qəbul edilməsini təmin etmək üçün apelyasiya qərarını ətraflı şəkildə araşdırıb və lazımi tədbirlər barədə qərar qəbul edəcəkdir.

 

ETİKETLƏR: