Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Paytaxt birinciliyində 7 medal qazanıblar

.

10.01.2024 22:39
7
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin güləşçiləri yeni mövsümə uğurla start veriblər. Belə ki, Cəmiyyətin yetirmələri Şağan Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə U-20 gənclər arasında keçirilən Bakı şəhər birinciliyində 7 medal qazanıblar.

İki gün davam edən paytaxt birinciliyində Balaxan Hüseynov (65 kq.) və Emin Qocayev (79 kq.) birinci,  Yusif İspərov (65 kq.) və Bəxtiyar Əhmədov ( 74 kq.) ikinci, Vüsal Nuruzadə (57 kq.), Cavid Seyidov (61 kq.) və Elmin Hüseynov (61 kq.) isə üçüncü yerləri tutublar.

Onlar bu yarışa məşqçi-müəllimlər Elvin Aslanov, Akif Qurbanov, Sübhan İsmayılov və Fəxrəddin Nuriyevin rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR:

Foto