Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətil sona çatıb

“Əgər bundan sonra da yeni maşinistlərin, xidmət personalının, ictimai iaşə təchizatının bort tədarükçülərinin hazırlanmasında bizi məhdudlaşdırmağa çalışırlarsa, bu 3,2 faiz bizə niyə lazımdır?”, - deyə GDL sədri Klaus Vezelski bildirib.

08.09.2021 10:58
7
A+
A-

Almaniyada  Qatar Maşinistləri Həmkarlar İttifaqının (GDL) təşkil etdiyi tətil sentyabrın 1-də başlayıb və sentyabrın 6-na qədər davam edib. Tətil sona çatsa da, qatarların hərəkətinin tam bərpasına müəyyən müddət lazım olub. Sentyabrın 5-də “Deutsche Bahn” uzunməsafəli reyslərin  yalnız 30 faizini və regional reyslərin isə 40 faizini təmin edə bilib.

İş şəraitinin yaxşılaşdırılması və əməkhaqqının artırılması tələbi ilə keçirilən etiraz aksiyasında 20 minə yaxın qatar maşinisti iştirak edib. Əvvəlcə  həmkarlar ittifaqı şirkətin əməkhaqqının 3,2 faiz artırılması, birdəfəlik bonusların ödənilməsi və tarif müqaviləsinin müddətinin 40 aydan 36 aya endirilməsi təklifini rədd etmişdi.

“Əgər bundan sonra da yeni maşinistlərin, xidmət personalının, ictimai iaşə təchizatının bort tədarükçülərinin hazırlanmasında bizi məhdudlaşdırmağa çalışırlarsa, bu 3,2 faiz bizə niyə lazımdır?”, - deyə GDL sədri Klaus Vezelski bildirib.

Sentyabrın 2-də Frankfurt-Maynda əmək mübahisələri üzrə məhkəmə işçilərin tətili ilə bağlı “Deutsche Bahn” dəmir yolu konserninin iddiasını araşdırıb. Üç saat davam edən müzakirələrdən sonra məhkəmə tətili dayandırmaq üçün icazə istəyən daşıyıcının iddiasını qəbul etməyib.

 

ETİKETLƏR: