Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xorvatiyada keçirilən reytinq turnirində üçüncü yeri tutub

61 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Ə.Rzazadə 1/4 finalda Maykl Makqiyə qalib gəlib.

17.01.2024 11:22
4
A+
A-

Yanvarın 10-dan 14-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində 26 güləşçimiz   ölkəmizi təmsil edib.

Yarışda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Əliabbas Rzazadə ( 61 kq.) bürünc medal qazanıb.

61 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Ə.Rzazadə 1/4 finalda Maykl Makqiyə qalib gəlib. Yarımfinalda monqolustanlı Bexbayar Erdenebata məğlub olan Əliabbas bürünc medal uğrunda yarışda Puerto-Riko təmsilçisi Jozef Silvadan üstün olub.

ETİKETLƏR: