Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Ya ümidsizsiniz, ya da ümid sizsiniz”

“Bu, sonuncu dəfədir. Sonuncu  dəfə... Sabahdan hər şey tamam başqa cür olacaq. Sadəcə, bu ağrılar... təkcə bu ağrıların bitməsi üçün. Bu, dərmandır və ağrılarımı kəsəcək...”

31.01.2024 11:34
8
A+
A-

“Bu, sonuncu dəfədir. Sonuncu  dəfə... Sabahdan hər şey tamam başqa cür olacaq. Sadəcə, bu ağrılar... təkcə bu ağrıların bitməsi üçün. Bu, dərmandır və ağrılarımı kəsəcək...”

Bir çoxumuz üçün sadə bir neçə cümlədən ibarət olan bu kiçik başlıq ailəsi tərəfindən adının hallanılması istənilməyən, cəmi 25 yaşında həyata gözlərini yuman gənc bir oğlanın “narkotik kriz” anında dediyi sonuncu cümlələrdir. Bu yazının bir gün, necəsə çarə axtaran, qurtulmağa çalışan narkotik aludəçisinin oxumasını xəyal edərək ona müraciət etmək istərdim. Axı son zamanlarda öz məqsəd və hədəflərindən uzaqlaşan qəzetlərimiz, yazılı mətbuat əslində təbliğat və təşviqat nümunələridir.

Əziz dostum,

Bu sətirləri sənə gözəlliklərlə dolu, içində sevgi, ümid və yenidən başlama ehtimalı olan bir həyatın olduğunu xatırlatmağa nail olmaq ümidi ilə yazıram. Səninlə birgə olmaq və səni dəstəkləmək üçün bu kiçik məktubu yazmağa qərar verdim.

Əgər bu sətirləri oxuyursansa, bil ki, hələ də gec deyil. Daxilində olan potensialı, həyat eşqini görərək, özünə inanaraq, narkotikin təsiri altında qalmış həyatından qurtulman mümkündür. Bəlkə də ətrafında sənə dəstək olmaq istəyənləri görmən üçün, sadəcə, başını qaldırıb diqqətlə baxmağa ehtiyacın var. Çətin olduğunu, içində olduğun vəziyyəti heç kimin anlamadığını düşündüyünü təxmin edə bilirəm. Amma sən güclüsən.

Sənin hekayəni bilmirəm. Hər bir hekayənin özünəməxsus xüsusiyyətləri var, amma sənə kömək etməyə hazır olan qurumlar, təşkilatlar, insanlar olduğunu bil. Bunu unutma. Buradan bu sətirləri yazarkən sənə daha çox yardım etmək imkanım yoxdur. Amma qəlbində cücərəcək kiçik bir ümid işartısı sənin üçün parlaq, aydın, təmiz gələcək deməkdir. Onu axtar, onu öz içində axtar. Unutma, “Ümidsizliklərin ardında necə ümidlər, qaranlığın ardında necə günəşlər var”.

Sən də hamı kimi həyatı, sadəcə, bir dəfə yaşayırsan. Ümid edirəm ki, bu sözlər sənə bir az olsun güc verəcək. Sən inanmağa davam et. Hər şey yaxşı olacaq.

 İmza: Bütöv Azərbaycan

 

“Bu, sonuncu dəfədir. Sonuncu  dəfə... Sabahdan hər şey tamam başqa cür olacaq. Sadəcə, bu ağrılar... təkcə bu ağrıların bitməsi üçün. Bu, dərmandır və ağrılarımı kəsəcək...”

Bir çoxumuz üçün sadə bir neçə cümlədən ibarət olan bu kiçik başlıq ailəsi tərəfindən adının hallanılması istənilməyən, cəmi 25 yaşında həyata gözlərini yuman gənc bir oğlanın “narkotik kriz” anında dediyi sonuncu cümlələrdir. Bu yazının bir gün, necəsə çarə axtaran, qurtulmağa çalışan narkotik aludəçisinin oxumasını xəyal edərək ona müraciət etmək istərdim. Axı son zamanlarda öz məqsəd və hədəflərindən uzaqlaşan qəzetlərimiz, yazılı mətbuat əslində təbliğat və təşviqat nümunələridir.

Son illər ərzində ölkəmizdə narkotik istifadəçilərinin sayı əvvəlki dövrlərə nisbətən kütləvi şəkildə çoxalıb. Təəssüf hissi ilə bildirirəm ki, artan rəqəmlərdə böyük əksəriyyət məktəblilər və tələbələrdir. Məktəblərdə yuxarı sinif şagirdləri arasında populyarlaşmağa başlayan əlçatan, ucuz narkotik vasitələr zamanla bahalaşmağa, daha artıq pul tələb etməyə başlayır. Əslində bu, valideynlər üçün kiçik bir xəbərdarlıqdır. Ekspertlərin rəyinə görə, aludəçilik istər alkoqol, narkotik, tütün məhsullarına, istərsə də mərc oyunlarına olsun hər birinin bir ortaq cəhəti var. Kiçik oğurluqlar. Əvvəl evdəki kiçik pulların, hətta qəpiklərin itməsi ilə başlayan bu proses daha sonra böyük fəsadlara gətirib çıxarır. Danışdığım, daha doğrusu, dinlədiyim valideynlərin bir çoxu eyni problemdən gileylənir. Aludəçiliyi faktlarla sübuta yetirilmiş, artıq müalicəyə başlamış və ya  ciddi nəzarət altında olan gənclərin valideynləri deyirlər ki, uşaqlara nə qədər cib xərcliyi verildiyinin heç bir fərqi yoxdur. Bu pul az da olsa, çox da olsa onlara çatmır, həmişə pula ehtiyacları olur. Hər şey də məhz bu cür başlayır.

Bu səbəbdən ekspertlər bildirir ki, evdən itən kiçik məbləğlər “qəpik-quruş”lar əslində böyük fəlakətlərin xəbərçisidir. Gənclər arasında populyarlaşan bu narkotik vasitələrin adlarını qeyd etmək, bir-bir hansının hansı “eyforik  təsir”ə gətirib çıxardığını yazmaq, onları “antireklam” edərək insanların diqqətinə çatdırmağa ehtiyac yoxdur. Atalar yaxşı deyib, “ilanın ağına da lənət, qarasına da”.

Statistika isə onu deyir ki, vəziyyət düşünüləndən də ağırdır. Belə ki,  18-25 yaşlı tələbələr arasında sidik nümunəsi isə aparılan testlərin nəticələrinə əsasən, hər 100 tələbədən 9-unun narkotik vasitələrdən istifadə etdiyi aşkar edilib. Bunların 90 faizi oğlanlardır.

Yeniyetmələr emosional cəhətdən tam formalaşmış şəxsiyyətlər hesab edilmir. Bu səbəbdən yeniyetməlik dövründə valideyn nəzarətinin böyük önəmi var. Onların narkotik vasitələrlə tanışlığı əsasən dost mühiti, çayxana, klub, diskoteka və s. yerlərdə baş tutur. Əsasən maraq, qrupdan geri qalmamaq və depressiv yeniyetməlik dövrünün gətirdiyi “süni” həzz almaq arzusu uşaqları və gəncləri bu uçuruma sürükləyir. Şiddətli ağrılar, müvəqqəti eyforiya hallarına olan tələb isə aludəçiliyin başlanğıcı və ən əsası davamiyyətini təmin edir.

Narkomaniya ilə mübarizə təkcə kütləvi təbliğat və maarifləndirmə təlimləri ilə deyil, eləcə də fərdi aparılmalı, “kiçik dövlət”lər olan ailələrdən başlamalıdır. Narkoekspert Emil Maqalovun sözlərinə əsasən, məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsi, ən əsası psixoloqlara narkotika ilə bağlı təlimlərin verilməsi zəruridir. Onun sözlərinə görə, məktəblərdə fəaliyyət göstərən psixoloqların böyük əksəriyyəti narkomaniya ilə bağlı tamamilə məlumatsızdır.

Bir çox halda narkomaniyanın kökündə gənclərin, yeniyetmələrin şəxsi problemləri, hansısa həyat məqsədinin olmaması, savadsızlıq və həyatdan məmnun olmaması dayanır. Nəticədə psixika pozulur, iradi və emosional zəiflik yaranır. Yeniyetmələrin narkomaniyası cinayətkarlıq, oğurluq, soyğunçuluq və fahişəliklə nəticələnir. Narkotikaya qurşanan gənclərin bir çoxunun sonu isə eyni olur... ölüm.

İmran ƏLİYEV

ETİKETLƏR: