Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat müsbət dəyərləndirildi

Səsvermə yolu ilə ilk təşkilatın yeni tərkibi seçilib. Kəmalə Abduyevaya yenidən sədr vəzifəsi etibar edilib.

31.01.2024 13:28
7
A+
A-

Yanvarın 28-də Şəki şəhər, 8 nömrəli Beynəlmiləl tam orta məktəbdə həmkarlar ittifaqının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva da iştirak edib. Məktəb həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının hesabatları dinlənilib. Hesabatlarda işçilərin əmək və sosial hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, əlil təhsil işçilərinin sosial vəziyyəti və aztəminatlı işçilərə verilən birdəfəlik maddi yardım, şəhid və qazi ailələrinə göstərilən maddi və mənəvi köməklik barədə məlumat verilib. Məktəbin kollektivi tərəfindən görülən işlər kafi qiymətləndirilib.

Səsvermə yolu ilə ilk təşkilatın yeni tərkibi seçilib. Kəmalə Abduyevaya yenidən sədr vəzifəsi etibar edilib.

Sonda Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva kollektivi maraqlandıran sualları cavablandırıb və ilk təşkilatın yeni seçilmiş tərkibini təbrik edib. Onlara gələcək fəaliyyətlərində uğurlar   arzulayıb.

 

ETİKETLƏR: