Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyev Darıdağ sanotoriyası və istirahət kompleksinə baxış keçirib

.

02.02.2024 15:14
0
A+
A-

Fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Darıdağ sanotoriyası və istirahət kompleksində olub, aparılan quruculuq işləri ilə tanış olublar.

Məlumat verilib ki, Sanotoriya həmkarlar ittifaqının balansına alındığı vaxtdan bugünədək tikinti və quruculuq işləri uğurla aparılaraq başa çatdırılıb. İstilik və elektrik xətləri quraşdırılıb, tunel genişləndirilərək üzəri bağlanılıb. Hazırda kompleksdə daxili və fasad divarların üzlənməsi işləri həyata keçirilir.

Qeyd edək ki, sanotoriyaya gedən yollarda da yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib.

ETİKETLƏR:

Foto