Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qadınlarımız cəmiyyətimizin fəal üzvlərinə çevrilmişlər

Lalə xanım müstəqillik illərində ölkəmizdə qadınların cəmiyyətimizin siyasi, ictimai, sosial həyatında iştirakından danışıb.

06.03.2024 12:30
20
A+
A-

Martın 5-də Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Qadınlar Şurası Rəyasət Heyəti üzvlərinin növbəti tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Qadınlar Şurasının sədri Lalə Cəfərova açıb. O, tədbir iştirakçılarını salamlayaraq qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təbrik edib və tədbirin gündəliyi barədə məlumat verib.

Lalə xanım müstəqillik illərində ölkəmizdə qadınların cəmiyyətimizin siyasi, ictimai, sosial həyatında iştirakından danışıb.

Deyib ki, həmkarlar ittifaqı hərəkatında, o cümlədən neft və qaz sənayesi işçiləri həmkarlar ittifaqının fəaliyyətində də işçi qadınlar fəal iştirak edirlər.

L.Cəfərova onu da bildirib ki, Azərbaycan qadınlarının ən parlaq simalarından biri ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. O, qadınlara hər bir sahədə mənəvi dəstək göstərir, onların problemlərinin həllində imkanlarını əsirgəmir. Mehriban xanım hər bir sahədə bizə əsl örnək olur. Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin analarını daim diqqət mərkəzində saxlayır.

Tədbir iştirakçıları çıxış edərək öz təcrübələrini bölüşdülər. Gördükləri işlər barədə qısa məlumat verdilər.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Muzeydə yerləşən Heydər Əliyevin həyat və iş fəaliyyətini əks etdirən salon, “Xalça” salonu, “Çalğı alətləri” salonu ziyarət olundu.

H.Əliyevin neft, qaz, kimya sənayesi sahəsindəki siyasətinin respublikamıza gətirdiyi nailiyyətlər barədə və digər maraqlı məlumatlar əldə edildi.

Sonda sahə Hİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri H.Əsgərov 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, gələcək işlərində uğurlar arzuladı.

Tədbir çay süfrəsi ilə yekunlaşdı.

ETİKETLƏR: