Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şahmat yarışı  başa çatıb

Çempionata şahmat yarışı ilə start verilib. AHİTA-nın “Şahmat-Dama” İdman Klubunda keçirilən yarışda 19 komanda iştirak edib. 

06.03.2024 12:44
15
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı keçirilir.

Çempionata idmanın 10 növü ( şahmat, dama, stolüstü tennis, badminton, voleybol, basketbol, sərbəst güləş, yunan-Roma güləşi, cüdo və kəndirlə mübarizə) üzrə yarışlar daxildir.

Çempionata şahmat yarışı ilə start verilib. AHİTA-nın “Şahmat-Dama” İdman Klubunda keçirilən yarışda 19 komanda iştirak edib. 

Şahmat (qızlar, oğlanlar) yarışının yekun nəticəsinə əsasən, I yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri sahib olublar. II yeri Azərbaycan Tibb Universitetinin, III yeri isə Bakı Mühəndislik Universitetinin tələbələri tutublar.

ETİKETLƏR: