Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası

İclasda Şuranın üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev də iştirak edib.

17.04.2024 11:43
9
A+
A-

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının növbəti  iclası keçirilib.

İclasda Şuranın üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev də iştirak edib.

Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında bildirib ki, hazırda Regional DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam edir. Eyni zamanda bu mərkəzlərlə yanaşı, ətraf rayonlarda DOST filialları da yaradılır.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayından sonra artıq 7 DOST mərkəzinin açıldığı, ötən dövrdə bu mərkəzlərdə 2,2 milyon nəfərə xidmət göstərildiyi,  bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,2 faiz olduğu bildirilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda göstərilməsinə imkan verdiyi vurğulanıb. Naxçıvan, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işlərinin aparılmaqda olduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST modeli beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə DOST Agentliyi bir çox beynəlxalq mükafat və sertifikatla təltif edilib.

Həmçinin qeyd olunub ki, hazırda bir çox ölkə DOST təcrübəsini tətbiq etməyə maraq göstərir və bu sahədə onlarla təcrübəmizin bölüşülməsi üçün müvafiq işlər görülür.

İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyətinə, o cümlədən 2024-cü ilin ilk rübündə əhaliyə göstərilən DOST xidmətlərinə, qurumun 2023-2026-ci illərin Strateji Planının icrasına dair təqdimatla çıxış edib.

Müşahidə Şurasının iclasında DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, habelə DOST konsepsiyası üzrə strateji hədəflərə doğru aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

ETİKETLƏR: