Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında müzakirə olunacaq məsələlər

Bununla belə, xəbərdarlıq edib ki, davamlı böhranlar bu müsbət və ümidverici irəliləyişləri təhlükə altına qoya bilər.

05.06.2024 11:45
9
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Gilbert  F. Houngbo Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasını giriş nitqi ilə açaraq əmək dünyasının hazırkı vəziyyəti ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirib.

O deyib ki, bütün regionlar bu və ya digər dərəcədə pandemiyadan əvvəlki dövrdə müşahidə olunan iqtisadi aktivlik səviyyəsinə qayıdıb. Mərkəzi bankların inflyasiyanı cilovlamaq üçün effektiv tədbirləri də bu müsbət inkişafa öz töhfəsini verib. Ümid edirəm ki, bu, işçilərin son vaxtlar zəifləmiş alıcılıq qabiliyyətini bir qədər yüngülləşdirəcək.

G.F.Houngbo xatırladıb ki, BƏT-in proqnozları qlobal işsizlik səviyyəsinin həm 2024, həm də 2025-ci ildə 4,9 faiz təşkil edəcəyini göstərir, bu da 2023-cü ildə qeydə alınan 5 faizdən cüzi azdır.

Bununla belə, xəbərdarlıq edib ki, davamlı böhranlar bu müsbət və ümidverici irəliləyişləri təhlükə altına qoya bilər.

Eyni zamanda dünyada gərginlik ocaqları güclənib. Yaxın Şərqdəki ağır vəziyyət mövcud böhranları daha da kəskinləşdirib. Qəzza zolağı, Yəmən, Sudan, Haiti, Ukrayna və Şərqi Konqo Demokratik Respublikasındakı şok münaqişələr bəşəriyyət və xüsusən də çoxtərəflilik üçün əsas problemlər olaraq qalır.

Baş direktor “Yenilənmiş sosial müqaviləyə doğru” adlı məruzəsini təqdim edərək bildirib ki, hesabat sosial ədalətin davamlı sülhün, paylaşılan rifahın, bərabər imkanların əsasına çevrilməsi mövzusunda məhsuldar və səmərəli müzakirələri stimullaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, hər il keçirilən konfrans əmək sahəsinə uzunmüddətli təsir göstərən geniş spektrli məsələlərin həlli üçün BƏT-in 187 üzv dövlətindən olan işçiləri, işəgötürənləri və hökumət nümayəndələrini bir araya gətirir. Müzakirə olunacaq gündəliyə daxildir:

-Bioloji təhlükələrdən qorunma ilə bağlı müzakirə (BƏT-in standartların müəyyən edilməsi prosedurunda nəzərdə tutulan iki məsələdən birincisi), bu, gələn il keçiriləcək konfransda bu məsələ ilə bağlı beynəlxalq əmək standartının qəbuluna səbəb ola bilər.

-İş yerində əsas prinsiplər və hüquqların strateji məqsədilə bağlı müzakirə.

-Layiqli iş və qayğı iqtisadiyyatı mövzusunda müzakirələrin aparılması.

Sosial Ədalət Uğrunda Qlobal Koalisiyanın birinci forumu iyunun 13-də baş tutacaq. 280 tərəfdaşın, o cümlədən 68 hökumətin dəstəyi ilə keçirilən forumda ötən ilin iyun ayında Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasından sonra həyata keçirilən sosial ədalət üçün konkret birgə səylər vurğulanacaq.

İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Əmək Konfransının 112-ci sessiyası iyunun 14-dək davam edəcək.

 

ETİKETLƏR: