Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Etiqad azadlığına hörmət  hüquqi və mənəvi borcumuzdur”

.

12.06.2024 16:01
6
A+
A-

MİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Tarix-Diyarşünaslıq Muzeyində “Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Daşqın Rüstəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfulla Umarov, Qafqaz Müsəlmanları İdarəsinin imamları Ruslan İsgəndərov, Mübariz Şəmiyev və həmkarlar ittifaqının üzvləri iştirak ediblər. Çıxış edənlər insan hüquqlarının təminatında Azərbaycan tərəfindən mühüm addımların atılması, beynəlxalq aləmdə aparılan uğurlu fəaliyyət barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizmləri, o cümlədən beynəlxalq sahədə əməkdaşlıq konsepsiyasının formalaşdırılması vətəndaş cəmiyyətinə və insanların ictimai fəallığına xidmət edir. Həmçinin qeyd edilib ki, belə tədbirlərin keçirilməsi əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqlarının bərpasına və vətəndaş cəmiyyətinin inkişafına xidmət göstərir.

 

ETİKETLƏR: