Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xeyriyyə Yaradıcılıq Yarmarkası

Yarmarkada vergi orqanları əməkdaşlarının övladlarının 250-dən çox yaradıcılıq nümunələri nümayiş etdirilib.

12.06.2024 16:26
2
A+
A-

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin iştirakı ilə Xeyriyyə Yaradıcılıq Yarmarkası təşkil olunub.

Yarmarkada vergi orqanları əməkdaşlarının övladlarının 250-dən çox yaradıcılıq nümunələri nümayiş etdirilib. Məktəblilərin rəsm əsərləri və digər əl işlərinin satışından əldə olunan gəlir xeyriyyə məqsədlərinə-valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Yarmarka başa çatdıqdan sonra uşaqlar üçün vergilər mövzusunda maarifləndirici təqdimat keçirilib, məktəblilərə vergilərin əhəmiyyəti barədə danışılıb. Sonra uşaqlar üçün interaktiv yarışma təşkil olunub, məktəblilər vergilər mövzusunda sualları cavablandırıb. Yarışmada fərqlənən məktəblilərə hədiyyələr verilib.

ETİKETLƏR: