Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətən müharibəsi iştirakçıları ilə görüş

.

04.07.2024 11:21
10
A+
A-

İyunun 25-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birlikdə “Ağ Qaya” restoranında təhsil müəssisələrində çalışan 77 nəfər Qarabağ, Əfqanıstan müharibəsi və Çernobıl faciəsi veteranları üçün süfrə açıb.

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş bu tədbiri giriş sözü ilə rayon komitəsinin sədri Ziyafət Xasiyeva açıb. O, Ordumuzun yaranma tarixi, Vətən müharibəsi günlərində göstərdiyi şücaətdən danışdı.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və başqaları çıxışlarında məktəblərdə qəhrəman oğullarımızın timsalında şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışdılar.

Qarabağ müharibəsi veteranı Köbər Zəyzid kənd tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan zabit Mehman Əbdurahmanov, Əfqanıstan müharibəsi veteranı, Vərəzət kənd tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Arif Camalov, şəhər 6 №-li tam orta məktəbin müəllimi İmran Salamov keçdikləri döyüş yollarından danışdılar.

Sonda tədbirdə iştirak edən veteran və  müharibə iştirakçılarına bayram sovqatları verildi.

ETİKETLƏR:

Foto