Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Narkomaniyaya qarşı mübarizə”

Tədbir müddətində qonaqlara “Narkomaniyaya yox deyək” və 18 İyun - İnsan Hüquqlarının Müdafiəsi Günü mövzularında videoçarxlar nümayiş olunub.

04.07.2024 11:22
7
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda toplantı keçirilib. Toplantıda həmçinin Milli insan hüquqları məsələsinə də toxunulub.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə  öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Rauf Hacıyev və başqaları çıxış edərək bildiriblər ki, ölkəmiz əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı ciddi mübarizə aparan dövlətlər sırasında öncül yerlərdədir. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyasına, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensyasına qoşulub. Bu konvensiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılıb. Əlaqədar dövlət qurumları ilə yanaşı, bu mübarizədə ictimai təşkilatların, hər bir vətəndaşın da üzərinə məsuliyyət yükü düşür. Narkomaniya cəmiyyətin bəlasıdır. Bu bəlanın aradan qaldırılmasını istəyiriksə, hamımız bir nəfər kimi səy göstərməliyik.

Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu siyasəti uğurla davam və illər keçdikcə daha da inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və artıq 17 ildir ki, hər il qeyd olunur. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.

Tədbir müddətində qonaqlara “Narkomaniyaya yox deyək” və 18 İyun - İnsan Hüquqlarının Müdafiəsi Günü mövzularında videoçarxlar nümayiş olunub.

ETİKETLƏR:

Foto