Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 “Mübariz Ordumuz” mövzusunda tədbir

Tədbir iştirakçıları Vətənin, dövlətin keşiyini çəkən hərbçilərimizi əlamətdar gün münasibətilə təbrik edib, bu çətin və müqəddəs işlərində onlara uğurlar arzulayıblar.

04.07.2024 11:30
5
A+
A-

Masallı rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar “Mübariz Ordumuz” mövzusunda tədbir keçirilib.

Tədbir Masallı Rayon İcra Hakimiyyəti, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Masallı Rayon Komitəsi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.

“Viləş STV” İstirahət Mərkəzində keçirilən tədbirdə təşkilatçı qurumların rəhbər və məsul işçiləri, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Milli Ordunun keçdiyi şərəfli yoldan, ordu quruculuğuna göstərilən dövlət qayğısından danışılıb. Suverenliyimizin tam bərpa olunmasında qəhrəman oğullarımızın göstərdiyi şücaət qürurla qeyd olunub.

Tədbir iştirakçıları Vətənin, dövlətin keşiyini çəkən hərbçilərimizi əlamətdar gün münasibətilə təbrik edib, bu çətin və müqəddəs işlərində onlara uğurlar arzulayıblar.

Sonda Silahlı Qüvvələr Gününə həsr edilmiş sərgiyə baxış keçirilib, xatirə şəkilləri çəkdirilib.

ETİKETLƏR: