Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Peşə bayramı qeyd olundu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.

04.07.2024 12:09
7
A+
A-

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər     Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.

DİİXİ Hİ Gəncə Şəhər Komitəsinin sədri Mahmud Fərzəliyev  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun adından dövlət qulluqçularını təbrik edərək onlara işlərində uğurlar arzulayıb.

Çıxışlardan sonra DİİXİ Hİ Gəncə Şəhər Komitəsi tərəfindən bir qrup dövlət qulluqçusuna səmərəli əmək fəaliyyətinə görə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Dövlət Qulluqçularının Peşə Bayramı Günü Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

 

ETİKETLƏR:

Foto