Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat-seçkilər: yekunlar, vəzifələr

.

04.07.2024 15:16
12
A+
A-

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Həmkarlar İttifaqı Komitəsinin 2017-2024-cü illər ərzində gördüyü işlərə hesabat-seçki yığıncağında yekun vurulub.

İclası giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açdı. Dedi ki, bu elm ocağının yarandığı və inkişaf etdiyi bütün dönəmlərdə həmkarlar təşkilatı ən çətin günlərdə əməkdaşların yanında olubdur. Xüsusən koronavirus zamanı bu qayğı, diqqət özünü daha qabarıq büruzə verib.

Akademik Fuad Əliyev bugünkü toplantıda həmkarlar təşkilatının kollektiv qarşısında hesabat verməklə yanaşı, əməkdaşların səmərəli təklif və tövsiyələrinə də həssaslıqla yanaşacağına inandığını bildirib.

2017-2024-cü illər ərzində görülən işlər haqqında Həmkarlar Təşkilatının sədri Nailə Hacıyevanın hesabatı dinlənilib.

Məruzə ətrafında çıxış edən Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Bölmənin sədr müavini Sara Əzizova Həmkarlar Təşkilatının son yeddi ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

İclasda Həmkarlar Təşkilatının Təftiş Komissiyasının sədri Yeganə Əliyeva da hesabatla çıxış edib.

7 nəfərdən ibarət komitə üzvü müəyyənləşdirilib. Komitə üzvləri Nailə Hacıyevanı yenidən Həmkarlar Təşkilatının sədri vəzifəsinə layiq biliblər.

İclasda AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək Gəncə Bölməsinin əməkdaşlarına, onun sədri akademik Fuad Əliyevə AMEA prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdırıb. Deyib ki, Gəncə Bölməsinin uğurları daim yüksək qiymətləndirilib. Bu uğurlarda Həmkarlar Təşkilatının da əməyi böyükdür. S.Həsənov seçilmiş rəhbər heyəti bir daha təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.

Sonda Sənan Həsənov həmmüəllifi olduğu “Heydər Əliyev və    İlham Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitabın nüsxələrini AMEA Gəncə Bölməsinin kitabxanasına bağışlayıb.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Sənan Həsənova Ulu Öndər Heydər     Əliyevin anadan olmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Gəncə şəhərinə 20 səfəri haqda Bölmədə nəşr edilmiş kitabları hədiyyə edib.

 

***

 

“Azneft” İstehsalat Birliyi İdarəetmə Aparatının Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat -seçki konfransı keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransda 5 məsələyə baxıldı. İlk olaraq Həmkarlar İttifaqı Komitəsinin sədri Rəfael Babayev hesabat məruzəsi ilə çıxış etdi.

Həmkarlar İttifaqı Komitəsinin iyun 2019-cu ildən aprel 2024-cu ilədək olan dövrdəki işi qənaətbəxş hesab edildi. Təftiş Komissiyasının hesabatı təsdiq edildi.

HİK-in sədri vəzifəsinə Rəfael Babayevin namizədliyi irəli sürüldü. Təklif yekdilliklə qəbul olundu. Sonra Təftiş Komissiyasının tərkibi və sədri müəyyənləşdirildi.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının VI qurultayına 2 nəfər nümayəndə seçildi.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Baş direktorun müşaviri Vüqar Abdullayev, Məxfi şöbənin rəis müavini Kamal Şıxlinski, HİED rəis müavini Elmir Qocayev, SƏTƏƏM departamentinin rəisi Mübariz Şamilov, Elm və texnika şöbəsinin mühəndisi Məmməd Zeynalov çıxış edərək təmsilçisi olduqları qurumlarla HİK-in əməkdaşlığından, qarşılıqlı əlaqələrin verdiyi faydalardan danışdılar.

 

***

 

“BOS ŞELF” Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib. 74 nəfər nümayəndənin iştirak etdiyi konfransın işində Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və “BOS ŞELF” MMC-nin Baş direktoru Nazim Hüseynov iştirak etmişlər.

Konfransı giriş sözü ilə “BOS ŞELF” HİK-in sədri Allahyar Əyubov açıb və bildirib ki, hazırda Hİ-nin 1527 nəfər üzvü var. Konfransdan bir ay öncə 18 sex və sahədə Hİ sədri və müavinləri seçilib.

Konfransda HİK-in və Nəzarət Təftiş Komissiyasının geniş hesabat məruzələri dinlənildi.

Konfrans iştirakçıları HİK sədrinin və NTK-nın hesabatını məqbul saydılar.

Tədbirdə sahə Hİ Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış etdi. O, “BOS ŞELF” Həmkarlar İttifaqının fəaliyyəti ilə yaranışının ilk günündən - ilk təsis iclasından tanış olduğunu bildirdi. Qeyd etdi ki, “BOS ŞELF” HİK Azərbaycanda transmilli şirkətlərdə yaradılmış ilk təşkilatlardandır. Bu təşkilatla sıx əlaqələrimiz var. Əməkdaşlığımızdan hər iki tərəf razıdır.

“BOS ŞELF” MMC-nin Baş direktoru Nazim Hüseynov qeyd etdi ki, Azərbaycan Respublikası azad və demokratik bir dövlətdir. Bütün müəssisələrdə olduğu kimi, “BOS ŞELF” şirkətində də Hİ yaradılıb, normal fəaliyyət göstərir. Şirkət rəhbərliyi ilə Hİ arasında konstruktiv əməkdaşlıq mövcuddur.

Nazim Hüseynov şirkətin baş direktoru olaraq Hİ-nin işindən razı olduğunu və gələcək işlərində təşkilata uğurlar arzuladığını ifadə edib.

Konfransda HİK üzvləri və 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının yeni tərkibi seçildi.

Konfrans nümayəndələri Allahyar Əyubovun yenidən sədr seçilməsini təklif etdilər. Asəf Qocayev və digərləri çıxış edərək Allahyar Əyubovun sədrliyə ən münasib namizəd olduğunu bildirdilər. Təklif səsə qoyuldu və hamılıqla qəbul edildi.

Konfransda sahə Hİ Respublika Komitəsinin VI qurultayına 5 nəfər nümayəndə seçildi.

Bununla da konfrans öz işini başa çatdırdı.

 

****

 

 

“Neft Daşları” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin 6-cı hesabat-seçki konfransı keçirilib. Konfransda Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev və “Neft Daşları” NQÇİ-nin rəisi Asim Bağırov iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlikdəki məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

“Neft Daşları” NQÇİ HİK-in hesabatı dinlənilib və kafi hesab edilib. Konfransda 21 nəfər yeni komitə üzvü və açıq səsvermə yolu ilə Rəşad Əliyev HİK-in yeni sədri seçilib.

Rəşad Əliyev ADNA-da qaz-neft-mədən fakültəsinin dəniz neft-qaz qurğuları ixtisası üzrə ali təhsil alıb. 2003-cü ildə Səngəçal terminalında təhlükəsizlik üzrə əmək fəaliyyətinə başlayıb. 2007-ci ildən neft sənayesində müxtəlif idarələrdə ayrı-ayrı vəzifələrdə çalışıb, 2021-ci ildən “Neft Daşları” NQÇİ-də əmək fəaliyyətini davam etdirib. Hazırda “Neft Daşları” NQÇİ-nin SƏTƏMM və KN xidmətinin rəisi vəzifəsində çalışır.

İqtisadiyyat Universitetində magistratura təhsili alıb.

***

İyunun 25-də Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Həmkarlar İttifaqı Komitəsinin (HİK) və Nəzarət Təftiş Komissiyasının hesabatları dinlənilib.

Sonra HİK sədrinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Hesabat dövründə görülmüş işlərin qənaətbəxş olduğu nəzərə alınaraq Fazil Məmmədovun təkrar namizədliyi təklif edilib. Təklif səs çoxluğu ilə qəbul edilib.

***

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) hesabat-seçki konfransı keçirilib. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BHİK sədri Gülbəniz Əliyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi və təşkilata üzv əməkdaşların iştirakı ilə baş tutan iclasda 2019-2024-cü illər üzrə görülən işlər barədə məlumat verilib.

Gülbəniz Əliyeva hesabat dövründə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə tabeliyində olan qurumlarda ittifaqa üzv olan 419 əməkdaşın sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi, sağlamlığının qorunması və istirahətinin təşkilinə yönələn işlərdən ətraflı bəhs edib. BHİK tərəfindən koronavirus pandemiyası dövründə zərər çəkən əməkdaşlara, eyni zamanda Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə dəstək göstərilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Tədbirdə Təftiş Komissiyasının da hesabatı dinlənilib. Komissiyanın ötən dövr ərzindəki fəaliyyəti ümumən qənaətbəxş qiymətləndirilib.

Konfransın yekununda açıq səsvermə yolu ilə BHİK-in yeni tərkibi formalaşıb və Gülbəniz Əliyeva yekdilliklə yenidən sədr seçilib.

 

***

“Kənd-Qida-İş” Hİ Zərdab Rayon Komitəsində hesabat-seçki konfransı keçirilib.

Konfransda həmkarlar ittifaqlarının və təftiş komissiyalarının hesabatları dinlənilib. Hesabatlar ətrafında müzakirələr olub. Komitənin hesabat dövründəki fəaliyyəti kafi qiymətləndirilib.

Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov həmkarlar ittifaqının işçilərə göstərdiyi dəstəyi xüsusi qeyd etmişdir. “Kənd-Qida-İş” Hİ Federasiyasının Aparat rəhbəri-Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, müalicə və sağlamlıq imkanları ilə təmin olunması, ehtiyacı olanlara maddi yardım göstərilməsi barədə məlumat vermişdir. Konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Yekunda açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının tərkibi formalaşıb, Taleh Yusifzadə yekdilliklə Rayon Komitəsinin sədri seçilmişdir.

 

***

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Həmkarlar İttifaqı Komitəsinin (HİK) III hesabat-seçki konfransı keçirilib.

HİK sədri Oktay Rzayev hesabat məruzəsi ilə çıxış edib. Təşkilati məsələyə baxılıb.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis Elsevər Səlimov yekdilliklə HİK sədri seçilib.

Konfransda çıxış edən BANM-in rektoru Elmar Qasımov yeni seçilən heyəti təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov iştirak edib.

***

Qaz Anbarlarının İstismarı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat seçki Konfransı keçirilib.

Konfransda 6 məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Həmkarlar İttifaqı Komitəsinin hesabatı dinlənilib və qənaətbəxş hesab edilib.

Elxan Zərbəliyev yenidən HİK sədri seçilib.

 

 

***

N.Nərimanov adına Neft Qazçıxarma İdarəsi Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev iştirak edib.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlikdə 6 məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

N.Nərimanov adına NQÇİ HİK-in hesabatı dinlənilib və kafi qiymətləndirilib.

Konfransda 19 nəfər yeni komitə üzvü və açıq səsvermə yolu ilə Ağəli Zülfüqarov yenidən sədr seçilib.

ETİKETLƏR: