Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


EPSU-nun 11-ci Konqresi keçirilib

Konqres boyu bir sıra panel müzakirələri keçirilib.

04.07.2024 16:21
3
A+
A-

İyunun 18-dən 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyinin (EPSU) 11-ci Konqresi keçirilib. Tədbir beş ildən bir keçirilir və EPSU-nun fəaliyyətinin əsas hissəsidir.

Konqresi EPSU-nun prezidenti Mette Nord açıb.

Sonra EPSU-nun fəaliyyəti və maliyyə hesabatı təqdim olunub və yekdilliklə dəstəklənib.

Konqres debatları üç gün ərzində keçirilib və müxtəlif iş sahələri ilə bağlı bölmələrə bölünüb:

-Sülhün, demokratiyanın, bərabərliyin, hüquq və azadlıqların təmin edilməsi;

-Dövlət xidmətlərinin bərpası və gücləndirilməsi;

-Yaşıl, rəqəmsal və sosial cəhətdən ədalətli keçidi müdafiə etmək;

-Keyfiyyətli iş və xidmətlərin təmin edilməsi;

-İctimai xidmət işçilərinin həmkarlar ittifaqlarının yaradılması və gücləndirilməsi.

Konqres boyu bir sıra panel müzakirələri keçirilib.

Üç gün ərzində EPSU-nun üzv təşkilatları tərəfindən bir neçə mövzuda əlavə görüşlər təşkil edilib. Bu görüşlərdə ifrat sağçılarla mübarizə, işçilər üçün səhiyyə sektorunda çalışanların psixi sağlamlığı, qənaət və onun ictimai xidmətlərə təsiri, bələdiyyələşdirmə, ədalətli keçid məsələləri və uzunmüddətli qayğıda uberizasiya kimi məsələlər müzakirə olunub.

Konqresin son günündə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun direktoru Hans Klugenin onlayn çıxışı dinlənilib. 

ETUC-un katibi Ludovik Voyet iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı nümayəndələrə müraciət ünvanlayıb.

Seçkilərin nəticələri üçüncü gün elan edilib. Jan Villem Goudrian yenidən EPSU-nun Baş katibi, Françoise Geng isə EPSU-nun yeni prezidenti seçilib. Konqresdə      İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiq edilib. 

ETİKETLƏR: