Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Etiraz aksiyalarının anonsu verilib

NSEU-nun prezidenti Son Vu-Mok bildirib ki, tələblərimiz yerinə yetirilənə qədər ümumi tətillə mübarizə aparacağıq.

04.07.2024 16:30
3
A+
A-

Cənubi Koreyada “Samsung Elektronics” Milli Həmkarlar İttifaqı (NSEU) maaş və məzuniyyətlə bağlı danışıqlar pozulduqdan sonra üçgünlük tətil elan edib. Etiraz aksiyaları iyulun 8-də başlayacaq.

NSEU-nun prezidenti Son Vu-Mok bildirib ki, tələblərimiz yerinə yetirilənə qədər ümumi tətillə mübarizə aparacağıq.

NSEU-nun təxminən 28 min üzvü var ki, bu da şirkətin işçi qüvvəsinin 22%-ni təşkil edir. Həmkarlar ittifaqı üzvləri əməkhaqqının ölkə üzrə orta göstəriciyə görə 6,5% artırılmasını, həmçinin illik məzuniyyətə əlavə bir günün artırılmasını və şirkətin nailiyyətlərə əsaslanan mükafat sisteminin təkmilləşdirilməsini tələb edirlər.

“Samsung” şirkəti hələlik vəziyyətlə bağlı açıqlama verməyib. İyunun 7-də NSEU artıq ilk tətilini həyata keçirib, bu, üzvlərinin birgünlük ödənişli illik məzuniyyətə çıxması idi. Lakin bu, şirkətə heç bir təsir göstərməyib.

Qeyd edək ki, şirkətdə həmkarlar ittifaqına qarşı təzyiq uzun müddətdir var və yalnız 2020-ci ildə “Samsung” mütəşəkkil əməyə qarşı mübarizəyə son qoyacağına söz verdi, bundan sonra həmkarlar ittifaqı üzvlərinin sayı kəskin artdı.

 

ETİKETLƏR: