Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İdman Cəmiyyətinin yetirmələrinin uğurları

.

04.07.2024 16:32
9
A+
A-

“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında qızıl və  gümüş medal qazanıblar.

Cəmiyyətin yetirməsi Muhamməd İsmayılov (51 kq.) ukraynalı Roman Şevçenkoya (11:0), belaruslu Qleb Piatrova (6:2) və gürcüstanlı Mate Tsinadzeyə (3:0) qalib gələrək finala yüksəlib. Finalda isə rusiyalı Ralan Şoqenov üzərində inamlı qələbə qazanaraq qitə çempionu olub.

Hüseyn İsmayılov (60 kq.) britaniyalı Danuş Jovkar (3:2), fransalı Alixan Kaxriyev (5:0) və türkiyəli Bilal İnce (3:0) ilə qarşılaşmalarda qalib gəlib və adını finala yazdırıb. Hüseyn həlledici qarşılaşmada rusiyalı İbraqimqadji Maqomedova məğlub olub və gümüş medala yiyələnib.

Qeyd edək ki, məşqçi-müəllimlər Elvin Aslanov və Səbuhi Məmmədovun yetirmələrinin yer aldığı Azərbaycanın sərbəst güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatında birinci yeri tutub.

***

İyunun 21-24-də Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş sərbəst güləş və yunan-Roma güləşi üzrə “Çempion kəməri” turnirinin açıq birinciliyi keçirilib. Birincilikdə ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Türkmənistandan gələn idmançılar mübarizə aparıblar.

Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirmələri də uğurlu çıxış ediblər.

Belə ki, Timur Muradov (25 kq.), İslam Kaltayev (28 kq.), Sadiq İsmayılov (32 kq.), Ümüd Savabdost (38 kq.), Sadiq İsmayılov (45 kq.), Fərid Məlikli (48 kq.)  və Nəsib İsayev (92 kq.)  birinci yeri tutublar.

Kamil Bədəlov (47 kq.) ikinci yerə sahib olub.

Müzəffər Məmmədov (28 kq.), Yusif Gülüzadə (61 kq.), Elcan Məmmədzadə (65 kq.), Hacı Zülfüqarlı (79 kq.), Vüqar Hümbətov (92 kq.) və Abdurahman Ramazanov (110 kq.) üçüncü yerə layiq görülüblər.

Cəmiyyətin idmançıları yarışa məşqçi-müəllimlər Elvin Aslanov, Sübhan İsmayılov və Akif Qurbanovun rəhbərliyi altında hazırlaşıblar.

Qaliblər medal və diplomlarla təltif olunublar.

***

Rusiyanın Kazan şəhərində “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunları keçirilib. Oyunların proqramında güləş üzrə yarışlar da yer alıb.

Yunan-Roma güləşi üzrə yarışda 130 kq. çəki dərəcəsində mübarizə aparan “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Sərxan Məmmədov (məşqçi-müəllimi Zöhrab Abbasov) 3-cü yeri tutub.

***

Milli komandamızın üzvü Rəna Nuriyeva Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” Oyunlarında gümüş medala sahib olub. U-15 yaş qrupu üzrə keçirilən yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Rəna (məşqçi-müəllimi Amil Abdullayev) yalnız final qarşılaşmasında məğlub olub və ikinci yeri tutub.

ETİKETLƏR:

Foto