Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qızıl və bürünc medal qazanıblar

.

04.07.2024 16:37
6
A+
A-

Serbiyanın Novi Sad şəhərində güləş üzrə    U-17 Avropa çempionatında  Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Pəhləvan” İdman Klubunun yunan-Roma güləşçiləri Turan Daşdəmirov (51 kq.) qızıl və Əli Nəzərov (55 kq.) isə bürünc medal qazanıblar.

Turan Daşdəmirov (məşqçi-müəllimi Akif Əliyev) rusiyalı Bərəkatullah İsayevə (8:0) və yunanıstanlı Sotirios Ntontosa (11:2) tam üstünlüklə qalib gəlib. 1/4 finalda ukraynalı Maksut Sultanovdan (7:4) güclü olan Avropa və dünya çempionumuz yarımfinalda gürcüstanlı Nika Tsetsxladzeni (3:0) məğlub edib. Turan həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana tam üstünlüklə (8:0) qalib gələrək qitə çempionu olub. Bu, T.Daşdəmirovun 2-ci Avropa çempionluğudur.

Əli Nəzərov (məşqçi-müəllimi Azər Hüseynov) ilk görüşdə ermənistanlı Aleksandr Aydoyevi məyus edib. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub. Bürünc medal uğrunda görüşdə isə ukraynalı Daniil Suşçenkoya 7:3 hesabı ilə qalib gəlib.

 

ETİKETLƏR: