Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Üçüncü yeri tutublar

.

04.07.2024 16:39
2
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Spartak” KBTİC İctimai Birliyinin yetirmələri Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında bürünc medal qazanıblar.

Cəmiyyətin yetirmələri Nicat İsgəndərli (45 kq.) norveçli Abubakar Saqaya, Orxan Hacıyev (80 kq.) isə moldovalı Nikita Apostolla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

İdmançılar yarışa “Əməkdar” məşqçilər Sədi Quliyev və Rəşad Rəşidovun rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR: