Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial dialoq və kollektiv danışıqlar fayda gətirir

Həmkarlar ittifaqlarının bərpa planlarında kifayət qədər iştirak etməməsinə tənqidi yanaşılırdı.

27.10.2021 11:30
32
A+
A-

Oktyabrın 20-də Avropa Şurasının iclası ərəfəsində üçtərəfli ictimai sammit baş tutub. Üçtərəfli sammit hər altı aydan bir Avropa Şurasının iclasından əvvəl keçirilir. O, işçilərin, işəgötürənlərin, Avropa Komissiyasının, Şuranın və prezidentin nümayəndələrini birləşdirir.

Tədbirdə çıxış edən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bərpa planlarının hazırlanmasında milli və Avropa səviyyələrində həmkarlar ittifaqlarının və işəgötürənlərin cəlb edilməsinin vacibliyini vurğulayıblar. Sloveniya, Fransa və Çexiyanın əmək nazirləri uğurlu, davamlı və sosial ədalətli bərpaya nail olmaq və sosial tərəfdaşların milli bərpa və davamlılıq planlarında rolu ilə bağlı müzakirələrə qoşulublar.

Həmkarlar ittifaqlarının bərpa planlarında kifayət qədər iştirak etməməsinə tənqidi yanaşılırdı. Sosial-İqtisadi Şuranın işi hökumətin əmək bazarı siyasətinə dair birtərəfli qərarları səbəbindən pozulub. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini Avropa İttifaqı (Aİ) tərəfindən peyvəndlərə əqli mülkiyyət hüququndan imtina edilməsinə dəstəyin olmamasına diqqət çəkib. Aİ-nin yalnız fövqəladə hallarda deyil, həm də bərpa strategiyaları çərçivəsində struktur şəkildə səhiyyə investisiyalarını və ictimai xidmətləri yaxşılaşdırmağa davam etməsinin lazım olduğu vurğulandı. Digər həmkarlar ittifaqları təşkilatlarının natiqləri işçilər və onların ailələri üçün yüksək enerji daşıyıcılarının qiymətinin qarşılanması üçün əlavə tədbirlərin görülməsini tələb etdilər.

Bu fikri Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyinin Baş katibi Jan Villem Qoudrian  da vurğulayıb. O deyib ki, biz sərt qənaət rejiminə qayıtmaqla barışa bilmərik. Avropalılar bizim ictimai xidmət və sosial müdafiə sistemlərimizə daha çox maliyyə və investisiya yatırılmasını gözləyir. Bütün Avropa həmkarlar ittifaqları federasiyalarının icazəsi olmadan işçilərimiz, ailələrimiz və icmalarımızla bağlı müzakirələr və qərarlar qəbul edilməməlidir. Dövlət maliyyəsi keyfiyyətli iş yerlərinin yaradılması və kollektiv müqavilələri olan və ədalətli vergi payını ödəyən şirkətlər üçün istifadə edilməlidir. Ədalətli keçid üçün hazırkı maliyyə kifayət deyil - rəqəmsal bazar, rəqəmsal xidmətlər və süni intellekt haqqında olan qanun işçiləri və həmkarlar ittifaqlarını kifayət qədər əhatə etmir və işçilərin narahatlıqları adekvat şəkildə həll olunmur. Bu, üzləşdiyimiz böyük problemləri əks etdirmir.

İclasda Ursula Fon der Lyayenlə yanaşı, komissarlar Nikolas Şmit və Valdis Dombrovkis də iştirak ediblər. İşəgötürənləri “BusinessEurope”, “Services of General Interest Europe” və “SME United” (kiçik və orta müəssisələr) təmsil edib. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının  nümayəndə heyətinə Fransa, Çexiya və Sloveniya həmkarlar ittifaqlarının üzvləri daxil idi.

Həmkarlar ittifaqı işçilərin pandemiyanın önündə olduğunu bir daha vurğuladı. Qeyd olundu ki, əməkhaqqının artırılması və işçilərin əmək şəraitinin yaxşılaşdırılması olduqca vacibdir. Sosial dialoq və kollektiv danışıqlar fayda gətirir. Komissiya və Şura həmkarlar ittifaqlarını danışıqlara cəlb etməyən hökumətlərə qarşı daha çox iş görməlidir.

 

ETİKETLƏR: