Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tibb işçilərinin vaksinasiya olunması vacibdir

İctimai Xidmət İnternasionalı (PSİ) da daxil olmaqla, bir sıra təşkilatlar səhiyyə işçilərinin COVID-19-dan ölməsinə görə narahatdır. Bundan əlavə, işçi qüvvəsinin böyük əksəriyyəti stress, narahatlıq və yorğunluqdan əziyyət çəkir. 

27.10.2021 11:32
4
A+
A-

“2020-ci ilin yanvarından bu ilin mayına qədər 100 mindən çox tibb işçisi koronavirusdan ölüb”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Onun sözlərinə görə, ÜST və tərəfdaşları birgə məruzə dərc ediblər. Məruzədə həmçinin həkimlərin koronavirusdan müdafiəsini gücləndirməyə çağırış əksini tapıb.

“ÜST-ün yeni işçi sənədinə əsasən, 2020-ci ilin yanvarından bu ilin mayını əhatə edən dövrdə 115 mindən çox tibb işçisi koronavirusdan ölə bilər. Buna görə də tibb işçilərinin prioritet qaydada vaksinasiya olunması vacibdir”, - deyə Tedros Adhanom Gebreyesus brifinqdə söyləyib.

Baş direktorun məlumatına görə, Afrikada həkimlərin vaksinasiya səviyyəsi çox aşağıdır, yüksəkgəlirli ölkələrdə isə tibb işçilərinin 80 faizdən çoxu tam peyvəndlənib.

İctimai Xidmət İnternasionalı (PSİ) da daxil olmaqla, bir sıra təşkilatlar səhiyyə işçilərinin COVID-19-dan ölməsinə görə narahatdır. Bundan əlavə, işçi qüvvəsinin böyük əksəriyyəti stress, narahatlıq və yorğunluqdan əziyyət çəkir. 

Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşları, o cümlədən PSİ dünyada səhiyyə və tibb işçilərinin    COVID-19 və digər sağlamlıq problemlərindən daha yaxşı qorunması üçün konkret tədbirlər görmək üçün təcili çağırış etdi.

Bu həftə nəşr olunan birgə bəyanatda ÜST və tərəfdaşlar bütün üzv dövlətlərin hökumətlərini və maraqlı tərəfləri səhiyyə və tibb işçiləri arasında COVID-19 infeksiyalarına, zəif sağlamlıq vəziyyətinə və ölümlərə dair monitorinq və hesabatları gücləndirməyə çağırır. Onlar həmçinin standart prosedur kimi yaşa, cinsə və peşəyə görə dezaqreqasiyanı daxil etməlidirlər ki, qərar qəbul edənlər və elm adamları infeksiya və xəstəlik riskini daha da azaldacaq yumşaldıcı tədbirləri müəyyən edib həyata keçirə bilsinlər.

Bəyanat həmçinin siyasi liderləri və siyasəti müəyyən edən şəxsləri  tibb işçilərinin müdafiəsini təmin edən normativ, siyasi və investisiya qərarlarının qəbul edilməsi üçün əllərindən gələni etməyə çağırır.

Nəhayət, tərəfdaşlar liderləri və siyasətçiləri peyvəndlərə bərabər çıxışı təmin etməyə çağırır ki,       COVID-19-a qarşı peyvənd zamanı səhiyyə işçiləri prioritet olsun. 119 ölkədən əldə edilən məlumatlar göstərir ki, 2021-ci ilin sentyabr ayına qədər hər 5 tibb işçisindən 2-si orta hesabla tam peyvənd olunub ki, bu da regionlar və iqtisadi qruplar üzrə əhəmiyyətli dərəcədə dəyişir. Afrika və Qərbi Sakit Okean regionlarında hər 10 nəfərdən 1-i tam peyvənd olunub, yüksəkgəlirli 22 ölkədə səhiyyə və tibb işçilərinin 80 faizindən çoxunun tam peyvənd olunduğu bildirilib. Yüksəkgəlirli bir neçə böyük ölkə hələ məlumatları ÜST-ə təqdim etməyib.

Hazırda ÜST tibb işçiləri haqqında qlobal müqavilənin hazırlanması üçün mövcud hüquqi vasitələr, konvensiyalar və qətnamələr əsasında səy göstərir. Müqavilə üzv dövlətlərə, maraqlı tərəflərə və qurumlara səhiyyə və tibb işçilərinin müdafiəsi, onların hüquqlarını qorumaq, gender, irqi və bütün digər ayrı-seçkilik formalarından azad layiqli əməyi təşviq və təmin etmək üzrə mövcud öhdəlikləri ilə bağlı hərtərəfli təlimat vermək məqsədi daşıyır. Bu sənəd 2022-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasına təqdim olunacaq.

ETİKETLƏR: