Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Məhsul” İC-nin yetirməsi ikinci yeri tutub

.

05.06.2024 11:51
11
A+
A-

Cüdo üzrə 15 yaşa qədər kiçikyaşlı yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarına yekun vurulub. 31 may - 2 iyunda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər müəyyənləşib. Ölkənin 59 klub, cəmiyyət və idman təşkilatından olan 661 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının yetirməsi Aysel Ələsgərova (63 kq.) ikinci yeri tutub.

 

ETİKETLƏR: