Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat-seçkilər: yekunlar, vəzifələr

Hesabat-seçkilərdə müəssisə rəhbərləri də çıxış edərək tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib və yeni seçilən heyətlərə uğurlar arzulayıblar.

12.06.2024 13:59
9
A+
A-

İyunun 7-də “Azəriqaz” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev iştirak ediblər.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gündəlikdə 6 məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin hesabatı dinlənilib və qənaətbəxş hesab edilib.

Konfransda 21 nəfər komitə üzvü seçilib. Sədr vəzifəsinə yenidən Ədalət Qurbanovun namizədliyi irəli sürülüb və dəstəklənib.

***

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Regional  Elektrik Şəbəkəsi, Mingəçevir Su Elektrik Stansiyası, Azərbaycan İstilik Elektrik Stansiyası, Gəncə Regional Elektrik Şəbəkəsi, Şəmkir Su Elektrik Stansiyası, Şəki Elektrik Stansiyası və Qəbələ Regional  Elektrik Şəbəkəsi məhdud məsuliyyətli cəmiyyətlərinin həmkarlar ittifaqı komitələrinin hesabat-seçki konfransları və yığıncaqları keçirilib.

Tədbirlər öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hesabat-seçki konfranslarında və yığıncaqlarında həmkarlar ittifaqı komitələrinin ötən dövr ərzində gördüyü işlər barədə hesabatlar və təftiş komissiyalarının məruzələri dinlənilib.

Konfranslarda və yığıncaqlarda qeyd edilib ki, mürəkkəb enerji sistemini idarə edən kollektivin hər bir üzvünün maddi, mənəvi, sosial-iqtisadi, məişət, istirahət, sağlamlıq qayğıları həm rəhbərlik, həm də Həmkarlar İttifaqı Komitəsinin daim diqqətində olub. Respublikanın səfalı bölgələrinə işçilər və onların ailə üzvləri üçün gəzintilər təşkil edilib, ehtiyacı olanlara müalicə üçün sanatoriyalara yollayışlar verilib.

Problemlərdən və çətinliklərdən də söhbət açılıb, onların həlli yolları barədə təkliflər verilib.

Bu təşkilatlarda ötən dövr ərzində həmkarlar ittifaqı komitələrinin gördüyü işlər qənaətbəxş hesab edilib. Həmkarlar ittifaqı komitələrinin, təftiş komissiyalarının tərkibi və  komitə sədrləri seçilib.

Konfranslarda və yığıncaqlarda AHİK sədrinin müavini, Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayev və “Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin  sədri Əfruz Ağayeva çıxış ediblər.

Hesabat-seçkilərdə müəssisə rəhbərləri də çıxış edərək tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib və yeni seçilən heyətlərə uğurlar arzulayıblar.

****

“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilib.

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə dərin ehtiram əlaməti olaraq büstü önünə gül dəstələri düzülüb. “Heydər Əliyev Xatirə Muzeyi” ziyarət edilib. Muzey Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, Ulu Öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillər və zəngin materiallarla yaxından tanış olublar. Ziyarət zamanı Ulu Öndərin adını daşıyan muzeyin yaradılması, dahi şəxsiyyətin dövlət idarəçiliyindəki misilsiz xidmətləri, zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Konfransın işində “Shirvan Operating Company Ltd” Şirkətinin filialının prezidenti Aleksey Volkov, “Shirvan OC Ltd” Şirkətinin İstehsalat üzrə vitse-prezidenti Dmitriy Neymişov, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Fətulla Mustafayev, Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov, məsul əməkdaşı Eldar Nəsibov və digər nümayəndələr iştirak ediblər.

Konfrans öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının 2017-ci il sentyabr -2024-cü il may dövrünü əhatə edən fəaliyyətləri barədə hesabatları dinlənilib. Komitənin fəaliyyətini əks etdirən slayd nümayış olunub. Məruzələr ətrafında çıxışlarda Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Konfransda çıxış edən Şirkətin prezidenti və Respublika Komitəsinin sədri Həmkarlar İttifaqı Komitəsinin hesabatını yüksək dəyərləndirib nümunəvi təşkilatlardan biri olduğunu bildirərək, gələcəkdə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni seçiləcək heyətə uğurlar arzulayıblar.

Konfransda Taleh Məmmədov yenidən HİK sədri və Respublika Komitəsinin VI qurultayına nümayəndə seçilib.

***

İyun ayının 7-də Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağının davamı keçirilib. Tədbirdə AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutut əməkdaşıları iştirak ediblər.

İclasa sədrlik edən akademik, tarix elmləri doktoru, professor Nərgiz Axundova bildirdi ki, may ayının 31-də baş tutmuş hesabat-seçki yığıncağında biz HİK sədri Hacı Həsənovun hesabat məruzəsini dinlədik. Onun hesabatı qənaətbəxş hesab edilmişdi. Bugünkü iclasımızda isə, gündəliyə əsasən, yeni sədr seçməyə toplaşmışıq. O, Şövqi Həsənovun namizədliyini irəli sürdü və təklif yekdilliklə qəbul edildi. Sonra Komitə və Nəzarət Təftiş Komissiyası üzvləri seçildilər. İnstitutun direktoru Kərim Şükürov və Həmkarlar Təşkilatının sədri Şövqi Həsənovun Azad Həmkarlar İttifaqının VIII qurultayına nümayəndəliyi səsə qoyuldu və təsdiq olundu.

***

İyunun 10-da AMEA Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ə.Salamzadə, elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent X.Zeynalov, elmi katib, v.i.e.,sənətşünaslıq üzrə fəlsəfə doktoru R.Quliyev,  AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və institut əməkdaşları iştirak ediblər.

İclasa sədrlik edən elmi işlər üzrə direktor müavini Xəzər Zeynalov iclasın gündəliyini elan etdikdən sonra sözü Həmkarlar Təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevaya verib. P.Əliyeva təşkilatın gördüyü işlər haqqında hesabatla çıxış edib. Sonra Təftiş Komissiyasının məlumatı dinlənilib.

Hesabatlar qənaətbəxş sayılıb. Sonda təşkilati məsələyə baxılıb. Pərvanə Əliyeva yenidən HİK sədri vəzifəsinə seçilib.

***

İyun ayının 4-də Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan “Qaz İxrac” İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Konfransda sahə Hİ Respublika Komitəsi sədrinin müavini Fətulla Mustafayev, “Qaz İxrac” İdarəsinin rəisi Əkbər Hacıyev iştirak ediblər.

Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda 84 nümayəndə iştirak edib. Gündəliyə 7 məsələ çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

Həmkarlar İttifaqı Komitəsinin hesabatı dinlənilib. Hesabat məruzəsində ötən dövrdə ittifaq üzvlərinin əmək, sosial hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən konkret faktlarla söz açılıb. İşçilərin, xüsusilə gənclərin istirahətinin təşkili barədə ətraflı məlumat verilib. Bildirilib ki, hələ görüləsi işlər də kifayət qədərdir. Yeni komitə üzvləri təşkilatın potensialından daha yaxşı maksimum dərəcədə istifadə edəcək. Məruzə ətrafında çıxışlarda da HİK-in fəaliyyəti müsbət dəyərləndirildi. Müəyyən təkliflər irəli sürüldü. Təşkilati məsələyə baxıldı. Hesabat dövründəki uğurlar nəzərə alınaraq konfrans Vüqar Dadaşovun yenidən sədr vəzifəsinə seçilməsini məqbul saydı. O, həmçinin sahə Hİ Respublika Komitəsinin VI qurultayına nümayəndə seçildi.

 

ETİKETLƏR: