Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Şuşa İli”nə həsr olunmuş “Azərbaycan Milli Xalq İdman Oyunları”

Yarışlarda 12 rayon komandasının idmançıları (iştirakçıların sayı 298 nəfər olub), həmçinin Qarabağ müharibəsi qaziləri qalib adı uğrunda mübarizə aparıblar. 

23.11.2022 14:40
17
A+
A-

Noyabrın 3-dən 5-dək Sabirabad Rayon Olimpiya İdman Kompleksində “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Azərbaycan Milli Xalq İdman Oyunları” üzrə kənd idmançılarının XXX Respublika Spartakiadası keçirilib. Spartakiadanın açılış mərasimində AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarışlarda 12 rayon komandasının idmançıları (iştirakçıların sayı 298 nəfər olub), həmçinin Qarabağ müharibəsi qaziləri qalib adı uğrunda mübarizə aparıblar. 

7 idman növü üzrə ( milli güləş, daşqaldırma, dirədöymə, çalağançardağı, xıy-xıy, gücsınama (kişilər, qadınlar) və kəndirdartma) keçirilən Spartakiadada Cəlilabad rayonunun idmançıları I, Sabirabad rayon idmançıları II, Gəncə şəhər idmançıları III yerə layiq görülüblər.

Ümumkomanda yarışlarında fərqlənmiş idmançılar diplom və hədiyyələr ilə təltif olunublar.

 

ETİKETLƏR: