Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisin plenar iclasında

.

30.11.2022 11:31
10
A+
A-

 Noyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

Əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlardan Etibar Əliyev, Razi Nurullayev, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Sahib Alıyev, Fazil Mustafa, Tamam Cəfərova, Qüdrət Həsənquliyev, Naqif Həmzəyev çıxışlarında ölkədə və dünyada baş verən önəmli hadisələrdən söhbət açıblar.

Milli Məclisin deputatları Prezident İlham Əliyevin bu günlərdə ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışının siyasi əhəmiyyətinə diqqət çəkiblər. Deputatlar Prezidentin tədbirdə Azərbaycanın müstəqilliyi, sərhədlərinin möhkəmləndirilməsi, Ermənistanla münasibətlərə dair fikirlərini xüsusi vurğulayıblar. Prezidentin dünya miqyasında gedən proseslərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən deputatlar bunu Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da güclənməsinin göstəricisi kimi dəyərləndiriblər.

Deputatlar çıxışlarında Azərbaycan parlament nümayəndə heyətinin Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının plenar iclasında iştirakını və Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasını parlament diplomatiyamızın növbəti uğuru olduğunu vurğulayıblar.

Deputatlar seçiciləri narahat edən məsələlərdən də bəhs ediblər.

Sonra iclasın gündəliyinə daxil edilən 28 məsələ müzakirə olunduqdan sonra səsə   qoyularaq qəbul edilib.

 

ETİKETLƏR: