Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmkarlar ittifaqı təşkilatı fəal gəncləri öz ətrafında birləşdirir

Ağcabədi rayonu üzrə həmkarlar ittifaqının fəal üzvlərini tanıyaq

07.12.2022 13:22
23
A+
A-

 Samirə Nəsirova 1980-ci il noyabrın 21-də Ağcabədi rayonunda anadan olub.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə yüksək balla qəbul olub. 2002-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirərək rayonun M.Əsədov adına 5 saylı, 2003-cü ildə isə  Ə.Alıyev adına şəhər 12 saylı orta məktəblərində ixtisası üzrə müəllim kimi çalışıb.

O, müəllimlik fəaliyyətini davam etdirməklə bərabər, həm də işlədiyi bütün sahələrdə özünü nümunəvi, bacarıqlı, səriştəli, təşəbbüskar, təşkilatçı bir kadr kimi göstərərək kollektivdə, həmçinin pedaqoji ictimaiyyət arasında böyük nüfuz qazanıb.

2014-cü ildən Ağcabədi rayonunda Dövlət İmtahan Mərkəzində əlaqələndirici və imtahan rəhbəri vəzifəsini icra edir. 2021-ci ilin sentyabr, oktyabr aylarında Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə layihəsi əsasında cəbhəyanı bölgələrdə 2-ci Qarabağ müharibəsində psixoloji sarsıntı keçirmiş şəxslərə böyük dəstək məqsədilə təşkil olunan təlimlərdə iştirak edib. Təşkilat tərəfindən əməyi qiymətləndirilərək Fəxri Fərmanla mükafatlandırılıb.

Pedaqoji sahə ilə yanaşı, rayonun ictimai-siyasi həyatında da həmişə aktivlik göstərib.

Həmkarlar ittifaqı sıralarında nümunəvi fəaliyyəti ilə seçilib, bir sıra tədbirlərin təşkilatçısı olub. Qarabağ müharibəsinin iştirakçıları, şəhid anaları, şəhidlərin ailə üzvləri ilə görüşlərdə fəal iştirak edib.

İstər təhsil sahəsində, istərsə də həmkarlar ittifaqı hərəkatında uzun illər ərzində səmərəli  fəaliyyət göstərdiyinə görə TİAHİ Respublika Komitəsinin “Döş nişanı” və Fəxri Fərmanı  ilə təltif edilib.     

 

TİAHİ Ağcabədi Rayon Komitəsi

ETİKETLƏR: