Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Layihə  geniş müzakirə olunub

Cəmiyyətin direktoru Ənvər Yusifov kollektiv müqavilənin əhəmiyyətindən danışıb.

07.12.2022 13:48
87
A+
A-

Dekabrın 2-də “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2022-2024-cü illər üçün bağlanılmış kollektiv müqavilənin təsdiq edilməsi ilə əlaqədar  əmək kollektivinin ümumi yığıncağı keçirilib.

Yığıncaqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov da iştirak edib.

Kollektiv müqavilənin layihəsi yığıncaq iştirakçıları tərəfindən geniş müzakirə olunub. Müzakirədə əsas diqqət iş və istirahət rejimi, əməyin ödənilməsi, kompensasiya və güzəştlər bölməsinə yönəldilmişdir.

Cəmiyyətin direktoru Ənvər Yusifov kollektiv müqavilənin əhəmiyyətindən danışıb.

Həmkarlar İttifaqı Komitəsinin sədri Nazim Məmmədov çıxışında söyləyib ki, kollektiv müqavilə işçilərin sosial müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi və digər sosial-əmək münasibətləri üzrə zəruri tədbirlərin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləyən hüquqi sənəddir.

ETİKETLƏR:

Foto