Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyev Kəngərli rayonunda sakinlərlə görüşüb

Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək Qalib ölkənin Qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

24.01.2024 11:13
6
A+
A-

Yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Kəngərli rayonunun ictimaiyyət nümayəndələri ilə görüşüb.

Əvvəlcə AHİK sədri Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Səttar Möhbalıyev 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Kəngərli rayonunun ictimaiyyəti ilə çay süfrəsi arxasında səmimi söhbət edib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 44 günlük Vətən müharibəsində əldə olunmuş böyük   Qələbənin əhəmiyyətindən danışıb.

Diqqətə çatdırıb ki, rayonda tezliklə su təchizatı və kanalizasiya sisteminin qurulması, yolların asfaltlanması və Qıvraq qəsəbəsində yeni məktəb binasının tikilməsi vacibdir və bununla bağlı müntəzəm addımlar atılır.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov son 20 ildə ölkəmizin qazandığı nailiyyətlərdən, iqtisadi qüdrətindən, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlardan söz açıb. Həmçinin vurğulayıb ki, növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyini tam bərpa edilmiş şəkildə iştirak edəcək.

Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək Qalib ölkənin Qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

 

ETİKETLƏR:

Foto