Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənir

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib.

21.02.2024 21:47
4
A+
A-

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Türkiyə Prezidenti Rəcəb  Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Sonra Ankarada Prezident  İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Daha sonraa Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.

ETİKETLƏR: