Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhidin ailəsi ziyarət olundu

.

21.02.2024 23:01
2
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Zəngilan Rayon Komitəsinin sədri İman Məmmədov Vətən müharibəsi şəhidi   Fariz Səfərovun övladlarının ad gününü təbrik etmək üçün Şirvan şəhərində olmuşdur. İ.Məmmədov Şəhid övladlarını təbrik edərək xoş arzularını bildirmiş və hədiyyələr təqdim etmişdir.

Rayon Komitəsinin sədri ailənin problemləri və uşaqların dərsləri ilə maraqlanmışdır. Sonra ailə ilə birlikdə şəhidimizin barelyefini ziyarət etmişdir. Davamlı göstərilən diqqətə görə şəhidin həyat yoldaşı Samirə xanım həmkarlar ittifaqının rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

ETİKETLƏR: