Fəxri kürsüdə yer alıblar
.
![](/Uploads/Thumbs/7a7f5a63-19da-4c4e-ad67-46128bb380b3_1024x582.jpg)
Fevralın 14-17-də Şağan Olimpiya İdman Kompleksində yunan-Roma və sərbəst güləş üzrə Bakı şəhər birinciliyi keçirilib. Paytaxt birinciliyində həmkarlar ittifaqlarının “Pəhləvan” İdman Klubunun yetirmələri də mübarizə aparıblar. Sərbəst güləş üzrə yarışda iştirak edən məşqçi-müəllim Ruslan Şəmilovun yetirmələri Rəsul Məmmədov (38 kq.) və İbrahim Babayev (68 kq.) birinci olublar.
Yunan-Roma güləşi üzrə yarışda isə Hüseyn Əhmədzadə (41 kq.), Nihad Həsənli (44 kq.) və Zikrət Həmzəyev (85 kq.) üçüncü yeri tutublar.
Onlar məşqçi-müəllim Azər Hüseynovun rəhbərliyi altına məşq prosesi keçiblər.