Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin idmançılarının uğurları

Cəmiyyətin boksçuları Mehran Rəsulov (75 kq.) və Yusif Ağakişiyev (80 kq.) qızıl, Babacan Əliyev (48 kq.) gümüş, Yusif Məmmədov (44 kq.) isə bürünc medallara sahib olublar.

03.04.2024 12:48
7
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin boksçuları Çexiyanın Trutnov şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Cəmiyyətin boksçuları Mehran Rəsulov (75 kq.) və Yusif Ağakişiyev (80 kq.) qızıl, Babacan Əliyev (48 kq.) gümüş, Yusif Məmmədov (44 kq.) isə bürünc medallara sahib olublar.

Cəmiyyətin Təşkilati işlər və idman şöbəsinin müdiri Mirmehdi Nəbiyev bildirib ki, boksçularımız yarışa Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyi altında hazırlaşıblar. Bu turnir boksçularımızın ustalıq səviyyəsinin artırılması, təcrübə baxımından çox mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, idmançılarımız onlara göstərilən etimadı doğrultmaqdadırlar. Ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər.

***

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə kadetlər arasında beynəlxalq turnir keçirilib. Yarışda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin idmançısı Mirhəsən İsmayılzadə (18 kq.) üçüncü yeri tutub. O, məşqçi-müəllim Ramil Həsənovun yetirməsidir.

 

ETİKETLƏR:

Foto