Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Məhsul” İC-nin yetirmələri qızıl medal qazanıblar

.

03.04.2024 12:53
10
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  “Məhsul” Kənd Könüllü Həmkarlar-Kooperativ İdman Cəmiyyəti (KKHKİC) Respublika Şurasının yunan-Roma güləşi üzrə kiçik azyaşlı məktəblilər arasında açıq birinciliyi keçirilib. AHİTA-nın idman zalında baş tutan yarışda müxtəlif idman cəmiyyətləri və klublarını təmsil edən 88 nəfər iştirak edib.

Açıq birincilikdə “Məhsul” KKHKİC Respublika Şurasının 3 yetirməsi çempion adını qazanıb. Qeyd edək ki, Ağalar Mürvətli (32 kq.), Yusif Eyyubov (35 kq.) və Anar Hüseynli (52 kq.) birinci yeri tutublar.

Yarışın məqsədi respublikanın şəhər və kənd yerlərində yunan-Roma güləşi üzrə kütləviliyə nail olunması, güclü və perspektivli idmançıların aşkar edilməsi, məktəblilərin dözümlülüyü və çətinliklərdən qurtarmaq kimi vərdişlərin aşılanmasıdır.

Qaliblər medal və diplomlarla mükafatlandırılıblar.

ETİKETLƏR: